Qəbirləri tapılmayan Qarabağın ilk şəhidləri...
Bu gün Əsgəranda Əli Hacıyev və Bəxtiyar Quliyevin şəhid olmasından 36 il ötür.
Fevralın 22-si Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlərinin anım günüdür.
Onlar 1988-ci ildə Ermənistanın məkrli planlarına qarşı etiraz edərkən Əsgəran yaxınlığında şəhid olublar. Çünki həmin il Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başladı.
Fevralın 21-də Azərbaycanın yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi.
Belə bir məqamda Qarabağ əhalisi erməni məkrini dayandırmaq üçün səfərbər oldu. Minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-i səhər saatlarında silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət etdilər. Mitinqçilər sırasında olan Əli ilə Bəxtiyar da haqsızlığa qarşı həmin mübarizədə həlak olan ilk Qarabağ şəhidləridir.
Qeyd edək ki, şəhidlərin yaxınları bildirir ki, onlar Qarağacı qəbiristanlığında dəfn edilsələr də illərdir qəbirləri tapılmır.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-02-2024, 09:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər