Ukrayna Milli Qvardiyasında əcnəbilər də xidmət edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Milli Qvardiyada xidmət keçməsi ilə bağlı müddəaların təsdiq edilməsi haqqında fərman imzalayıb.
Bu barədə Ukrayna Prezidentinin saytında dərc edilən fərmanda qeyd edilib.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Ukrayna Milli Qvardiyasında hərbi xidmət keçməsi haqqında Əsasnamə təsdiq edilsin”, - fərmanda bildirilib.
Sənəd fevralın 21-dən qüvvəyə minib.
Qeyd edək ki, 2023-cü il yanvarın 12-də Ukrayna Ali Radası Ukrayna Silahlı Qüvvələrinə deyil, Milli Qvardiyaya tabe olan Ukrayna birləşmələrinə qoşulan əcnəbilərin statusunu qanuniləşdirən qanun qəbul edib. Bu birləşmələrdən biri də “Azov” hərbi birləşməsidir. Orada döyüşən əcnəbilərə Ukrayna vətəndaşlığı almaq imkanı da verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-02-2024, 11:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər