Şuşa teatrı doğma torpağına QAYIDIR – Tarix AÇIQLANDI
“Teatrımızın Şuşaya nə zaman qayıdacağı dəqiq bilinmir. Amma bizə verilən məlumata görə, 2024-cü ilin birinci rübündə teatr fəaliyyətini Şuşada bərpa etməlidir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Şuşa teatrının gələcək taleyi və 28 il sonra azad vətənində fəaliyyəti ilə bağlı məsələdən danışarkən Şuşa Musiqi Dram Teatrının rəhbəri Yadigar Muradov qeyd edib.
Onun sözlərinə görə istənilən vaxt qayıdışa hazırdırlar:
“Nə vaxt desələr, biz qayıdışa hazırıq. Lakin mən belə bir təklif vermişdim ki, Şuşada teatr binası bərpa olunana qədər, Xankəndidə keçmiş adıyla desək, Qorki adına Dram Teatrının binasında fəaliyyətimizi davam etdirək. Çünki Şuşadakı teatr binasını ermənilər dağıdıb, yerində park salıblar. Onsuz da Xankəndi ilə Şuşanın arası 8-10 kilometrdir. Təklifim müsbət qarşılanıb. Hələ ki biz də qayıdacağımız günü gözləyirik”, - deyə Yadigar Muradov əlavə edib.
Məlumat üçün bildirək ki, Şuşada ilk teatr 1938-ci ilin fevral ayında yaradılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1992) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Məlum Qarabağ hadisələrindən sonra 1992-ci ildə teatr Bakıya köçüb. O gündən bu yana Şuşa teatrı həsrətlə Şuşaya qayıdacağı günü gözləyir.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-02-2024, 14:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər