Berbok tələsik şəkildə Ukraynanı tərk edib – Alman naziri rus PUA-sı təqib edirmiş...
Almaniyanın xarici işlər naziri Annalena Berbokun Ukraynaya səfəri təhlükəsizlik səbəbindən yarıda qalıb.
Xarici KİV xəbər verir ki, alman nazir Rusiyaya məxsus Piltsuz Uçuş Aparatı (PUA) tərəfindən izlənildiyi üçün Ukraynanı tərk etməl olub.
Məlumata görə, Berbok şənbə günü Odessa şəhərinə səfər edib. Bazar günü isə o, Odessadan təxminən 110 kilometr şərqdə, cəbhə xəttinin yaxınlığında yerləşən Nikolayev şəhərinə gedib. Alman nazir və nümayəndə heyəti Nikolayevdə inşa edilən sutəmizləyici qurğuya baş çəkərkən onlara PUA tərəfindən izləmə xəbərdarlığı göndərilib.
Qeyd olunub ki, Xarici İşlər Nazirliyi Berbokun dərhal bölgəni tərk etməsinə qərar verib və nümayəndə heyəti zirehli texnika karvanı ilə Moldova sərhədini keçərək tələsik şəkildə Ukrayna ərazindən çıxıb.
Qeyd olunur ki, Berbokun Ukraynaya səfərindən bir müddət əvvəl Rusiyanın Odessa şəhərində iki pilotsuz təyyarənin hücumu nəticəsində ümumilikdə 4 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.
"Azpolitika"
Paylaş:
Müəllif : Fuad
Tarix:26-02-2024, 14:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər