Təcridxanalarda sıxlıq var - Limitlər aşılır
İstintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib.
Bu barədə insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunub ki, penitensiar müəssisələrdə müəyyən edilən əsas problemlərdən biri də sıxlıqla bağlıdır.
Belə ki, 2 500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub. Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1400 nəfərin saxlandığı, 1200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1411 məhkumun cəza çəkdiyi müəyyən edilib.
Bildirilib ki, penitensiar müəssisələrdə sıxlığın azaldılması istiqamətində tədbirlər davam etdirilir. Bununla belə, əksər hallarda həbs-qətimkan tədbirinin seçilməsinə dair, habelə həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanları tərəfindən verilən təqdimatların çoxluğu və bir qayda olaraq, həmin təqdimatların məhkəmələr tərəfindən təmin edilməsi istintaq təcridxanalarında sıxlığın yaranmasına səbəb olur.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-02-2024, 11:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər