“Qüdrətli Nikol” bizim layihədir: bir gecəyə çökdürərik!
Rusiyada sonradan Qərb tərəfindən yem kimi udulan “Aleksey Navalnı” layihəsinin ortaya çıxması ilə eyni vaxtda Ermənistanda “Nikol Paşinyan” layihəsi parladı. Bu layihələri tez-tez müqayisə edərək, Paşinyanı “erməni Navalnı” adlandırırdılar. Güman edirəm ki, Moskvada kuratorlar eyni yüksək vəzifəli şəxslər idi.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib.
“Buna əsaslanaraq belə bir fərziyyə irəli sürə bilərik: Cənab Paşinyan Qərbin siyasi elitasına getdikcə daha dərindən nüfuz edir və onun Moskvaya ünvanladığı bütün rezonanslı bəyanatları (obyektiv olaraq heç bir ciddi real ziyan vurmur) onun “əfsanəsini” gücləndirir və təsdiqləyir”, - o bildirib.
Arkovun sözlərinə görə, müəyyən məqamda Paşinyan Moskvadakı idarəçilərinin nəzarətindən kənara çıxıb:
“O özünü müstəqil siyasətçi hesab edirdi, sonra isə Parisin nəzarəti altına keçdi. Hazırda elə məhz burda “Qüdrətli Nikolun” bəyanatları tərtib edilir və Ermənistanın siyasəti müəyyənləşdirilir. “Nə üçün Paşinyan bütün iqtisadi əlaqələri və Aİİ üzvlüyünü qoruyub saxlayaraq, KTMT və hərbi-texniki əməkdaşlıq məsələsində Moskvadan fəal şəkildə ayrılır” sualına da cavab var: nə Fransa, nə də bütövlükdə Qərb Ermənistanı onun üçün lazım olan sərmayələrlə təmin edir, nə də öz iri biznes layihələrinə daxil edir. Rusiya isə bunu çox fəal və səxavətlə edir. Bu gün İrəvan iqtisadiyyatı 70%-dən çox Rusiyadan asılıdır. Yeri gəlmişkən, bütün ictimai siyasi fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə Gürcüstan arasında da oxşar vəziyyət mövcud idi və qalır.
Saakaşvilinin köməyi ilə Kremlin Qərb əleyhdarları Rusiyanı gürcü iqtisadiyyatından sıxışdırmağa çalışanda Tiflisin yeni dostları onun problemlərini çiyninə almaqdan imtina etdilər və gürcü iqtisadiyyatı bir gecədə çökdü. Rusiya yenidən köməyə gəldi, amma şərtlərlə. Güc pariteti əldə olundu və Gürcüstanı idarə etmək rıçaqları Bidzina İvanişviliyə keçdi. Güman edirəm ki, Baqramyan prospektində onlar qonşularının təcrübəsini nəzərə alıb və ayıq şəkildə başa düşürlər ki, Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi milli fəlakətə gətirib çıxaracaq, Paşinyan isə Saakaşvilinin taleyini təkrarlayacaq. Rusiya ilə iqtisadi əməkdaşlıqdan gözlənilməz gəlir əldə edə bildiyiniz halda, Qərb ölkələrinin boş vədləri ilə qidalanmaq tamamilə axmaqlıqdır. Xüsusilə indi, Rusiyanın qərb sərhədində endirilmiş “Dəmir pərdə” kontekstində, Avropanın ən böyük iqtisadiyyatının (dünyada beşinci) xarici ticarətinin əhəmiyyətli bir hissəsinin onun cənub sərhədindən, Cənubi Qafqazdan keçdiyi bir vaxtda”.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-03-2024, 08:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər