reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Aİ-92” markalı benzinin aksiz vergisi azaldıldı, gömrük rüsumu ləğv edildi

reklam

“Aİ-92” markalı benzinin aksiz vergisi azaldıldı, gömrük rüsumu ləğv edildi


















Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu gündən ölkəyə idxal olunan“Aİ-92” markalı benzin, həmçinin dizel yanacağı gömrük rüsumundan azad edilib.

Digər qərarla, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş ölkə ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edib.

Yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün (tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox 95-dən az oktan ədədi ilə – Aİ-92) aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların, həmçinin dizel yanacağının  hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib.




Paylaş:


Müəllif : Tarix:
1-03-2024, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər