reklam
Regionxeberlericom.az » Cəmiyyət » Prezident İtaliyalı naziri qəbul etdi

reklam

Prezident İtaliyalı naziri qəbul etdi


















Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.

Cilberto Piketto-Fratin İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik edib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirdi və bununla bağlı dəvəti çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunulub, çox sayda İtaliya şirkəti, o cümlədən “Ansaldi”, “Leonardo”, “Maritexnimont” və bir sıra digər şirkətlərin Azərbaycan ilə əməkdaşlıq etməsi, işğaldan azad olunmuş ərazilərilərimizdə İtaliya şirkətlərinin fəaliyyət göstərməsi məmnunluqla qeyd olunub.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


 




Paylaş:


Müəllif : Tarix:
1-03-2024, 14:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər