reklam
Regionxeberlericom.az » Cəmiyyət » Müharibə veteranlarına ŞAD XƏBƏR

reklam

Müharibə veteranlarına ŞAD XƏBƏR
















Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə hesabatında “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunub. Yaxın vaxtlarda sözügedən məbləğin artırılacağı gözlənilir.

Milli Məclisin deputatı Vüqar Bayramov özünün "Facebook" səhifəsində mövzu ilə bağlı paylaşım edib.

O bildirib ki, ombudsmanın 2023-cü il üçün təqdim olunan hesabatı yaxın zamanlarda həm Milli Məclisdə, həm də ictimaiyyət tərəfindən müzakirəyə çıxarılacaq:

“Hesabatda verilən təkliflərdən biri də məhz veteranpulunun artırılması ilə bağlıdır. Söhbət müharibə veteranlarına verilən 80 manatın artırılmasından gedir.

Bir müddət öncə bu istiqamətdə təkliflərlə çıxış etmişik. Sözügedən təklif veteranpulunun iki dəfə artırılmasından ibarətdir.

Qanunvericiliyə əsasən 2019-cu ildə ayrılan 80 manatlıq müavinət veteranların kommunal xərclərini ödəmək məqsədi daşıyır. Ümumiyyətlə, kommunal xərclərlə bağlı qiymətləndirmə göstərir ki, 2019-cu ildən sonra iki dəfəyə yaxın artım baş verib. Əgər bu kommunal xərclər artırsa, onun ödənilməsinə hesablanmış müavinət də artmalıdır”.




Paylaş:


Müəllif : Tarix:
2-03-2024, 10:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər