reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vətən müharibəsi iştirakçısı vəfat etdi

reklam

Vətən müharibəsi iştirakçısı vəfat etdi


















Vətən müharibəsi iştirakçısı Məlikov Vüsal vəfat edib.

Bu barədə onun çalışdığı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Bildirilir ki, Dəniz Nəqliyyatı Donanmasının “Dədə Qorqud” tankerinin motorçusu Məlikov Vüsal Güloğlan oğlu vəfat edib.

Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub.

O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb. Ömrünün sonunadək də müxtəlif gəmilərdə motorçu kimi çalışıb.

“Vüsal Məlikov Vətən müharibəsində iştirak edib. O, haqq savaşımız başlayanda iş başında olsa da, döyüşlərə qatılmaq üçün gəmini öz istəyi ilə vaxtından əvvəl tərk edib. 30 il düşmən tapdağında qalan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşən həmkarımız Prezident İlham Əliyevin Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalına layiq görülüb”, - məlumatda deyilir.




Paylaş:


Müəllif : Tarix:
2-03-2024, 20:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər