“Buna uçurum kimi baxmırıq” - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb.
O, qarşılaşma ilə bağlı fikirlərini bildirib:
- “Bayer”lə heyətdə dəyişiklik olacaq?
- Ciddi dəyişiklik görünmür, yenə də analiz edəcəyik.
- Dediniz ki, oyuna ciddi hazırlaşmışıq, bəs, hazırlaşmasaydınız hesab necə olacaqdı?
- 2 qol son dəqiqələrdə oldu. Belə oyunlarda 2:1 və ya 4:1 heç nəyi dəyişmir. Çünki itiriləcək bir şey yoxdur. Künc zərbəsi çox oldu.
- Qarşıdakı turlarda əvəzedici heyətdən futbolçulara şans verəcəksiniz?
- Düşünmürəm, futbolçu öz oyun ritmindən düşməli deyil. Mən demək olar ki, bəzən heyətdə dəyişiklik edirəm ki, onlar tonusda qalsınlar. Hansısa bir oyunçumuzun motivasiyasını azalmağa qoymuram.
- “Bayer”lə əvvəlki oyunlarda hansısa taktiki gedişi sınamaq imkanınız oldu?
- Oyun gedişatında oldu elə epizodlar.
- Rəqib komandanın baş məşqçisinin və azarkeşlərinin sizin qələbənizi alqışlamasına necə yanaşırsınız?
- Mənim həmişə “Neftçi”yə hörmətim olub. Hər kəsə uğurlar arzu edirəm.
- Oyun və turnir cədvəlində ciddi uçurum var. “Qarabağ” olmasaydı, vəziyyət necə olardı?
- Biz ona uçurum kimi baxmayaq, kompakt olmuş komanda kimi baxaq. Qarşıdakı bütün oyunlara ciddi hazırlaşacağıq. Elə oyunlarımız olub ki, gərgin keçib. Çempionat heç də asan deyil. Rəqiblər dinamik oyun qura bilirlər. Biz qətiyyən uçurum kimi baxmarıq.
- Leandro Andradedə qışdan sonra eniş var, bu fikirlə razısız?
- Ola bilər, amma bizim proqramımıza baxsanız, biz futbolçunu idman formasında saxlaya bilirik. Oyunun gedişatına görə dəyişiklik edirik. Onun daha çox oynaması lazımdır, ola bilər hansısa çatışmazlıq var, amma potensialı var. Razıyam ki, daha yaxşı oynaya bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-03-2024, 22:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər