reklam
Regionxeberlericom.az » Cəmiyyət » Türkiyədə inflyasiya yenidən yüksəldi – Restoranlarda qiymətlər 95% artıb

reklam

Türkiyədə inflyasiya yenidən yüksəldi – Restoranlarda qiymətlər 95% artıb


















Ötən ay (fevral) Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,07% bahalaşıb.

Türkiyə Statistika İdarəsi bildirir ki, bu son 15 ayda qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2022-ci ilin noyabr ayında bundan yüksək (84,4%) olub.

Ən yüksək bahalaşma restoran və otel xidmətlərində qeydə alınıb – 94,78%.

Bundan başqa təhsil xidmətləri 91,8%, səhiyyə xidmətləri 81,2%, nəqliyyat xidmətləri 77,98%, qida və içkilər 71,2%, ev əşyaları 62,9%, bahalaşıb.

Ən az bahalaşma geyim və ayaqqabının qiymətlərində qeydə alınıb. Geyim və ayaqqabının qiyməti son bir ildə 43,4% artıb.

Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 5-liyində yer alır.





Paylaş:


Müəllif : Tarix:
4-03-2024, 15:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər