Satışa 2 ton at və ulaq əti çıxaracaqdı, polis yaxaladı - Video
Bərdə rayonu, Kəngərli kəndində at və ulaq cəsədlərindən ət tədarükü ilə məşğul olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Polis və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının (AQTA) birgə həyata keçirdiyi tədbir nəticəsində 1991-ci il təvəllüdlü Hüseynov Orxan Cabbar oğlunun həyətyanı sahəsində 2 tondan çox at və ulaq əti aşkarlanıb.
Məlum olub ki, kəsim məntəqəsində qida üçün yararsız məhsullar mal ətləri ilə qarışdırılaraq emal olunub. Antisanitar şəraitdə xəstə, ölmüş heyvanların kəsimi təşkil edilib, qablaşdırılıb və ucuz qiymətə sifarişçiyə çatdırılması planlaşdırılıb.
Araşdırmalar və aşkarlanan heyvan qalıqlarının, ət nümunələrinin analizləri nəticəsində satışa hazırlanan məhsulların at və ulaq cəsədlərindən ibarət olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-03-2024, 12:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər