Rövşən Nəcəf Rövnəq Abdullayevin yerinə keçir
Məlum olduğu kimi, aprelin 2-də AFFA-da prezident seçkiləri keçiriləcək. Rövnəq Abdullayevin yeni dönəm üçün namizədliyini irəli sürməyəcəyini deməsindən sonra quruma yeni rəhbər təyin ediləcəyi məlum olub.
RegionXəbərləricom.az Publika.az-a istinadən xəbər verir ki, ötən günlərdə yuxarı dairələrdə bununla bağlı iclas keçirilib. Mümkün namizədlər və versiyalar barədə fikir mübadiləsi aparılıb. Sonda qərara gəlinib ki, AFFA SOCAR-ın prezidenti Rövşən Nəcəfə tapşırılsın.
Toplantıda federasiyanın qarşıdakı illərdəki strategiyası da müzakirə olunub. Əvvəlki illərdə yaşanan uğursuzluğun təkrarlanmaması üçün quruma təcrübəli, nüfuzlu futbol adamlarının cəlb olunması və onların planlarına uyğun iş görülməsi qərara alınıb. Buna görə də İcraiyyə Komitəsində ciddi dəyişikliklər ediləcək. Üzvlərin 90 faizi dəyişdiriləcək.
Qeyd edək ki, Rövşən Nəcəf hazırda "Neftçi"nin Müşahidə Şurasının da sədridir. Bu o deməkdir ki, "ağ-qaralar"da da rəhbər dəyişikliyi olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-03-2024, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər