reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Telegram”da yeni funksiyalar var

reklam

“Telegram”da yeni funksiyalar var


















“Telegram” messencerinin yenilənmiş versiyası istifadəçilərə əlavə biznes imkanları olan bölmə təklif edir.

TASS- xəbər verir ki, yeni funksiyalar “Telegram Premium” abunəsi olan istifadəçilər üçün əlçatandır.

“Telegram Premium” abunəçiləri indi yeni müştərilərə göndərmək üçün parametrlərə salamlama mesajları əlavə edə, həmçinin, sürətli cavablar göndərə bilərlər. Bundan əlavə, messencer indi şirkətinizin iş qrafikini və ofis ünvanını göstərmək, habelə siz olmadıqda avtomatik olaraq “Ofisdə yoxdur” statusunu göndərmək imkanı verir.

Digər xüsusiyyətlərə profilinizdə məhsul və ya xidmətlər olan fotoşəkilləri və videoları “Stories” (Hekayələr) formatında dərc etmək, adınızın yanında biznes statusu (emoji) təyin etmək və söhbətlər üçün çoxrəngli teqlər quraşdırmaq daxildir.




Paylaş:


Müəllif : Tarix:
5-03-2024, 18:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər