ABŞ müəllimlərin məktəbdə silah gəzdirməsinə icazə verəcək
ABŞ-nin Yuta ştatında müəllimləri məktəbdə silah gəzdirməyə həvəsləndirmək məqsədi daşıyan yeni qanun layihəsi qəbul edilib.
“Fox News” telekanalı xəbər verir ki, layihə keçən həftə ştatın qanunverici orqanında qəbul olunub.
Yuta ştatı nümayəndələr palatasının qəbul etdiyi 119 saylı qanun layihəsi müəllimləri məktəb ərazisində odlu silah gəzdirməyə təşviq etmək üçün dövlət tərəfindən maliyyələşdirilən təlim kurslarını əhatə edəcək.
Layihəyə əsasən, gizli silah daşımaq icazəsi olan müəllimlər sinif otaqlarını aktiv təhlükələrdən qorumaq və məktəb şəraitində odlu silahı təhlükəsiz daşımaq üçün onlara təlim keçən illik “Müəlim-Müdafiəçi” proqramında iştirak edəcəklər. Həmçinin, silah daşımaq icazəsi olan müəllimlərin hər il ödənişsiz təlim kurslarında iştirak etmələri gözlənilir.
Təlimlər vilayət şerifləri tərəfindən təyin olunan təlimatçılar tərəfindən keçiriləcək. Qanun layihəsi İctimai Təhlükəsizlik Departamentinə hər il təxminən 100 min dollara başa gələcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-03-2024, 16:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər