Şəkidə sərxoş vəziyyətdə və narkotikin təsiri altında avtomobil idarə edən 33 sürücü məsuliyyətə cəlb olunub
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Opel” markalı avtomobilin sürücüsü Anar Zamanov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən A.Zamanovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Son 1 ayda bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 33 sürücü barəsində intizam tədbiri görülüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2024, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər