reklam
Regionxeberlericom.az » Cəmiyyət » Həkim təhlükəli müalicə üsulu ilə bağlı xəbərdarlıq etdi

reklam

Həkim təhlükəli müalicə üsulu ilə bağlı xəbərdarlıq etdi


















Qastroenteroloq Karen Raj xeyirdən çox zərər verən bir məşhur bağırsaq müalicəsilə bağlı xəbərdarlıq edib.

Bu barədə həkim “HuffPost”a məlumat verib.

Raj bildirib ki, yoğun bağırsağın hidroterapiyası bədəni təmizləmək üçün istifadə edilən məşhur bir müalicə üsuluna çevrilib:

“Prosedur zamanı plastik bir borudan istifadə edərək, bir neçə litr ilıq su insanın yoğun bağırsağına yeridilir. Bu, ciddi elektrolit balanssızlığına, həmçinin natrium, kalium, maqnezium və kalsium kimi bədənin ehtiyac duyduğu mineralların itirilməsinə səbəb ola bilən diareyə səbəb olur. Bundan əlavə, faydalı bakteriyalar patogenlərlə birlikdə bağırsaqlardan yuyulur”.

Qastroenteroloq hesab edir ki, ekstremal sağalma üsulu daha təhlükəli nəticəyə səbəb ola bilər:

“Prosedur zamanı yoğun bağırsağın perforasiyası, yəni toxumasının yırtılması baş verə bilər. Proseduru tibb təşkilatında aparılmırsa, infeksiyaya yoluxma ehtimalı yüksəkdir”.




Paylaş:


Müəllif : Tarix:
8-03-2024, 08:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər