Aİ Ukraynaya 21 milyard avro hərbi yardım ayırmağa hazırlaşır
Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ildə Kiyevə 21 milyard avro həcmində hərbi yardım göstərmək niyyətindədir.
Avropa Komissiyasının (AK) mətbuat xidməti xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbərinin birinci müavini Valdis Dombrovskis Kiyevə səfəri zamanı bildirib.
“Bu il Aİ ölkələri hərbi yardım üçün 21 milyard avro ayırmağı planlaşdırır. Bu rəqəm ilkin məlumatlara əsaslanır, ona görə də, faktiki məbləğ daha da çox ola bilər”, - o qeyd edib.
Onun sözlərinə görə, müharibə başlayandan bəri Aİ ölkələri artıq Kiyevə 28 milyard avro məbləğində silah və sursat ayırıb və Aİ ölkələrinin Ukraynaya göstərdiyi ümumi yardım 88 milyard avro təşkil edib.
Dombrovskis həmçinin bildirib ki, AK martda Kiyevə 4,5 milyard avro, apreldə isə 1,5 milyard avro yardım ayırmaq niyyətindədir.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-03-2024, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər