“Aliment ödəyə bilməyənlər həbsə yox, məcburi əməyə cəlb olunmalıdır“ - Ekspertdən təklif
"İşsizliyə görə aliment ödəyə bilməyən şəxslər həbsə yox, məcburi əməyə cəlb olunmalıdır".
Bu təklifi iqtisadçı ekspert Elnur Fərzəliyev bildirib. Bu haqda özünün "Facebook" səhifəsində paylaşım edən ekspert qeyd edib ki, əksər hallarda vətəndaş işsizliyə görə aliment ödəyə bilmir və bu zaman onu məcburi əməyə cəlb etmək olar:
"Alimenti ödəyə bilməyən şəxslərdən qarşı tərəf şikayət edərsə qanunvericiliyə uyğun olaraq bəlli prosedurlardan sonra onları həbs gözləyir. Hər uşağa görə ortalama 200 manat civarında aliment ödəyə bilməyən şəxsin həbsdə qalması üçün ona dövlət tərəfindən hər ay 600 manat pul xərclənilir. Vətəndaş niyə aliment ödəyə bilmir? Çünki əksər hallarda iş tapa bilmir.
İşsizliyə görə aliment ödəyə bilməyən şəxslər həbsə yox, məcburi əməyə cəlb olunmalıdır. Qazamat həyatını yaşayan insan nə qədər sağlam düşüncəli olsa da ətrafındakı cinayətkarların əhatəsində daha da aqressivləşir. Onlar azad həyatda qayıtdıqda isə əksər hallarda tam fərqli və neqativ düşüncəli olurlar.
Hal-hazırda azad olunmuş ərazilərimizdə böyük həcmli tikinti bərpa işləri aparılır və kütləvi surətdə işçi heyətləri işə cəlb olunur. Bu baxımdan aliment və digər kiçik borclara görə həbs olunan şəxsləri həbsə yox, məcburi əməyə cəlb etmək kimi bir qanun qüvvəyə minərsə bu, həm o insanları həbsdən qoruyar, həmçinin borclarının qısa zamanda bağlanmasına səbəb olar.
Həmçinin həbsxanalarda məhbus sayının azalmasına gətirib çıxara bilər".
Paylaş:
Müəllif : Fuad
Tarix:10-03-2024, 13:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər