“Məktəblərdə attestat qiymətləri şişirdilir, bacarıqsız kadrlar vəzifəyə təyin olunur”
Son günlər ölkədəki təhsil müəssisələrində baş verən qanunsuzluqlarla bağlı xəbərlər gündəmdən düşmür. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktorunun rüşvət qalmaqalından sonra, Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təhsil müəssisələrində keçirilən monitorinqlər zamanı məlum olub ki, Ağcabədi rayonu üzrə təhsil sektorunun dörd nəfər əməkdaşı tərəfindən vəzifə öhdəlikləri vaxtında və düzgün icra olunmayıb. Göstərilənləri nəzərə alaraq Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları və yoxlanılmış təhsil müəssisələrinin rəhbərləri barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam tənbeh tədbirləri tətbiq edilib.
Bəs görəsən təhsil müəssisələrində baş verən bu cür qanunsuz hallar nədən qaynaqlanır? Ölkənin təhsil sistemində hansı problemlər özünü göstərir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, təhsil sektorunda tabeçilik və idaretmə ilə bağlı ciddi problemlər var:
“Əlbəttə, tabeçilik və strukturda problemlər var. Bu gün kolleclərin idarə olunmasında xeyli problemlər mövcuddur və bu problemlər həll olunmur. Yəni kolleclərin Bakı şəhərində yerləşən bir qismini ali məktəblərin nəzdinə vermək problemi həll etmədi. Əslində, bu daha çox asılılığı artırdı və kollecin maliyyə idarəçiliyi, tədris prosesinin idarə olunması rəhbərliyin nəzarətindən çıxdı. Digər tərəfdən, biz hər zaman regional təhsil idarələrindəki kadr təyinatlarından narazılığımızı bildirirdik. Orta məktəbləri idarə etmək gücündə ola biləcək mütəxəssislərin cəlb olunmadığını həmişə vurğulamışıq. Ən azından regional idarələrə rəhbər təyin olunan şəxslər məktəbləri, tədrisi bilməli, müəllimləri tanımalıdır. Ancaq təəssüflər olsun ki, bu çağırışlar heç bir əhəmiyyət vermədi. Fikir verirsinizsə, ən çox neqativ xəbərlər regionlardan gəlir. Dövlət İmtahan Mərkəzi bununla bağlı hər il statistik material dərc edir”.
Deputat hələ də bir çox məktəblərdə attestat qiymətlərinin şişirdilməsi hallarının baş verdiyini diqqətə çatdırıb:
“Bu günün özündə hələ də attestat qiymətlərinin şişirdilməsi halları qalmaqdadır. Böyük şəhərlərdə, o cümlədən, Gəncədə, Sumqayıtda və digər rayonlarda da bu müşahidə olunur. Bunun özü həddən artıq ciddi məsələdir. Biz imtahanların sadələşdirilməsindən, yeni imtahan metodlarından danışırıq, ancaq belə hallar olduğu üçün biz buna gedə bilmirik. Çünki məktəblərdə süni şəkildə yazılır. Bu isə nəyinsə müqabilində baş verir. İndiki şəraitdə məktəblərə nəzarət gücləndirilməlidir. Biz dəfələrlə demişik ki, məktəblərdə yuxarı siniflərdə davamiyyət olduqca aşağıdır. Əgər dərslərə davamiyyət aşağı səviyyədədirsə, o zaman məktəb artıq funksiyasını üzərindən kənara atır. Mən təəssüflə qeyd edirəm ki, bir çox ekspertlər bu cür neqativ halların günahını valideynlərdə görür. Sadə və elmi tərbiyə metodları var ki, bunları metodiki olaraq valideynlər yox, məhz müəllimlər bilir. Ona görə də bunları məktəb etməlidir. Bu gün biz məktəbin üzərindən bir çox məsuliyyətləri atmaqla özünün yetirə biləcəyi funksiyalardan kənarlaşdırmış oluruq. Başlıca olaraq kadr seçimlərinə çox ciddi diqqət yetirmək lazımdır. Seçilmiş şəxslərin bioqrafiyasında mütləq şəkildə nəzər yetirmək vacibdir. Bunların hamısı bir-birini tamamlamalıdır. Biz gələcəyə inkişaf etmiş, təhsil və tərbiyə prosesi mükəmməl məktəblərlə getməliyik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-03-2024, 14:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər