Bir nömrəli “qanun oğru” azadlığa çıxır
Şakro Molodoy kimi tanınan qanun oğru Zaxari Kalaşov azadlığa çıxacaq.
Lent.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, Krasnodar diyarının Ust-Labinski rayon məhkəməsində bildirildiyi kimi, kriminal avtoritet səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılacaq.
Məhkəmə Şakro Molodoyun şərti azad edilməsi ilə bağlı vəsatəti təmin edib. Onun dəqiq nə vaxt azadlığa çıxacağı hələ məlum deyil.
Xatırladaq ki, 2018-ci ilin martında “Şakro Molodoy” 9 il 10 ay müddətinə ciddi rejimli həbsxanada cəza çəkməsi ilə bağlı hökm çıxarılıb. Bu qərar Moskvanın Nikulinski Məhkəməsi onu paytaxtın Rodçelskaya küçəsində yerləşən restoranın sahibini hədə-qorxu ilə tələb etməkdə təqsirli bilərək verilib.
Bundan əlavə, istintaq hesab edir ki, məhz Şakro 2013-cü ildə Ded Xasanın ölümündən sonra cinayətkar qrupun lideri olub. “Qanuni oğru” həbs olunmazdan əvvəl oğrular üçün ümumi fond saxlayıb, cinayətlər üçün planlar hazırlayıb və mütəşəkkil cinayətkar qrup üzvlərinin hərəkətlərini əlaqələndirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-03-2024, 19:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər