reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kim Çen In ilk dəfə ictimai tədbirə Putinin hədiyyə etdiyi “Aurus”la gəldi

reklam

Kim Çen In ilk dəfə ictimai tədbirə Putinin hədiyyə etdiyi “Aurus”la gəldi


















Şimali Koreya lideri Kim Çen In bu həftə ilk dəfə ictimai tədbirə Rusiya Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Aurus” avtomobili ilə gəlib.

Bu barədə Şimali Koreya liderinin bacısı Kim Yo Çjona istinadla Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.  “Yoldaş Kim Çen Inın Rusiya Prezidenti tərəfindən hədiyyə edilmiş şəxsi avtomobilindən istifadə etməsi KXDR-lə Rusiya arasında hərtərəfli möhkəmlənməkdə və inkişaf etməkdə davam edən dostluğun bariz təzahürüdür”, - deyə Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini bildirib.

Kim Çen Inın bacısı həmçinin qeyd edib ki, eksklüziv avtomobilin funksionallığı mükəmməldir və tamamilə etibarlıdır.

Qeyd edək ki, bundan əvvəl KCNA Rusiya Prezidenti Vladimir Putinin Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə etdiyini bildirmişdi. Prezidentin mətbuat katibi Dmitri Peskov daha sonra KXDR rəhbərinin “Aurus” markalı avtomobil aldığını təsdiqləmişdi.

Xatırladaq ki, Kim Çen In Rusiyadan bu avtomobili hədiyyə olaraq alan ilk liderdir.




Paylaş:


Müəllif : Tarix:
16-03-2024, 10:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər