reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənistan 4 kəndi qaytarır, 3-ü isə... - Sülh danışıqlarının pərdəarxası

reklam

Ermənistan 4 kəndi qaytarır, 3-ü isə... - Sülh danışıqlarının pərdəarxası
















Ermənistan və Azərbaycan 1991-ci ildə SSRİ-nin dağılması zamanı iki ölkə arasında mövcud olmuş sərhədin tanınması barədə razılığa gəlməyə yaxındır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, bu mövzuda 1 ay əvvəl olduğundan daha çox qarşılıqlı anlaşma var. 

“Məndə belə bir təəssürat yaranıb ki, bu məsələdə qarşılıqlı razılaşma əldə etməyə çox yaxınıq”, - deyə Mirzoyan vurğulayıb. 

Qeyd edək ki, Prezident İlham Əliyev də XI Qlobal Bakı Formunda çıxışı zamanı Ermənistanla sülhə hər zaman olduğundan daha yaxın olunduğunu qeyd edib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Turan Rzayev bildirib ki, iki ölkə arasında bir çox məsələdə əhəmiyyətli razılıqlar əldə olunub:

“Ümumiyyətlə, qeyd etmək lazımdır ki, iki ölkə arasında bir müddətdir ki, istər dövlət başçıları, istərsə də xarici işlər nazirləri səviyyəsində birdən çox görüş keçirilib. Ən önəmli məsələ hazırda danışıqlar masasında ən azından ilkin sülh sənədinin olmasıdır. Bu ilkin sülh sənədi Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında tərtib edilib. Təbii ki, hazırda sülhə dair konkret məqamlar var ki, bununla bağlı razılıq əldə edilib. Burada söhbət tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və paralel olaraq bir-birinə qarşı olan ərazi iddialarından əl çəkmələrindən gedir. Amma həll olunan məsələlər qədər, həllini gözləyən məsələlər də var. Mirzoyanın qeyd etdiyi nüans da bununla bağlıdır. Konkret desək, delimitasiya-demarkasiya məsələləri burada ən önəmli məsələdir və bunun tərkib hissəsi olaraq, anklav və eksklav məsələlərinə fokuslanmaq lazımdır”. 

Politoloq əsas məsələnin danışıqların müsbət tendensiyada davam etməsi olduğunu qeyd edib.

“Xüsusən Qazaxın kəndləri mövzusu tərəflər arasında başlıca müzakirə predimeti olaraq qalmaqdadır. Burada ən önəmli məsələ həmin o kəndlərin 4-nün faktiki işğal vəziyyətində olması, 3 kəndin isə Ermənistanın içərisində anklav olmasıdır. Fikrimcə, Ermənistan tərəfi indiki məqamda təklif edir ki, işğal olunan kəndlərin qaytarılmasına razıdır, sadəcə Ermənistan ərazisində olan kəndlərin güzəştə gedilməsini istəyir. Təbii olaraq bu qarşılıqlı müzakirəyə ehtiyac olan məsələdir. Azərbaycan tərəfi bununla o vaxt razı ola bilər ki, Ermənistan da Başkənddən birmənalı olaraq imtina etsin. Yəni ümumiləşdirsək tərəflər arasında əsas müzakirəyə ehtiyac duyan və həllini gözləyən məsələ məhz həmin kəndlərlə bağlı olan məsələdir. Onun xaricində deyərdim ki, sərhəddə delimitasiya və demarkasiya işləri çox yaxşı gedir. Nəzərə almaq lazımdır ki, bu kifayət qədər uzun bir prosesdir. Ötən gün ölkə başçısı XI Qlobal Bakı Formunda çıxışında da qeyd etdi ki, biz Ermənistanla sülhə çox yaxınıq. Ermənistan tərəfdən də bu cür pozitiv mesajların gəlməsi ondan xəbər verir ki, tərəflər həqiqətən sülhə çox yaxındır. Ən önəmli məsələ danışıqların bu cür davam etməsidir”. 





Paylaş:


Müəllif : Tarix:
16-03-2024, 14:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər