reklam
Regionxeberlericom.az » Cəmiyyət » Astarada torpaq sürüşməsi: 15-ə yaxın ev üçün təhlükə yarandı - Fotolar

reklam

Astarada torpaq sürüşməsi: 15-ə yaxın ev üçün təhlükə yarandı - Fotolar
















Astaranın dağ kəndində torpaq sürüşməsi 15-ə yaxın ev üçün təhlükə yaradıb. Artıq bir neçə ailə öz evini tərk edib, qohumlarının evinə sığınıb.

RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, rayonun Sipiyəpart kəndinin Hörün məhəlləsində payız və qış mövsümündə düşən intensiv yağıntılardan sonra ərazidə torpaq qatının sürüşməsi baş verib. Sürüşmə məhəllədə 15-ə yaxın fərdi yaşayış evi üçün təhlükə yaradıb. Sakinlərin qorxduğu odur ki, bu ərazidə iki-üç bal gücündə yeraltı təkanlar olsa, evlər tamamilə dağıla bilər.

Onların sözlərinə görə, kənddə yaşamağa heç bir şərait yoxdur:

“Yağış yağanda uşaqları götürüb qohumlar evində qalmağa məcburuq. Çünki təhlükəli vəziyyətdədir. Hazırda kənddə yaşamaq səbəbi budur ki, bura bizim dədə-babamızın yurdudur”.

Torpaq sürüşməsi sitrus bağlarına da ziyan vurub. Artıq kənddə bu sahə ilə məşğul olan ailələrin də sayı azalıb:

“Təsərrüfatla məşğul ola bilmirik. Ağac əkirik, sürüşmə olur, məhv edir. Ev tikmişik, uçmaq üzrədir. Beş-altı il qabaq 500-ə yaxın mandarin ağacları məhv oldu. İndi də 150 ağac əkilib, onları da torpaq qatı aparır”.

Kənddə yaranan mövcud durumla bağlı yerli ərazi icra nümayəndəliyindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Adıçəkilən qurumlar əraziyə baxış keçirdikdən sonra buradakı yaşayış evlərinin aqibəti ilə bağlı da qərar veriləcək.


 





Paylaş:


Müəllif : Tarix:
16-03-2024, 19:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər