Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib - KİV
Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti (UTX) təşkil edib.
“Report” xəbər verir ki, bunu “Hromadske”yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Həmsöhbətin sözlərinə görə, “artıq uğurlu hücum haqqında danışmaq olar – əsas hədəf olan atmosfer sütunları ərazisində böyük yanğın qeydə alınıb”.
Mənbə nəşrə deyib ki, “bu cür hücumlar Rusiyanın iqtisadi potensialını sarsıtmaq və düşmənin müharibəyə göndərdiyi neft dollarlarının axınını azaltmaq məqsədi daşıyır”.
O vurğulayıb ki, Slavyansk neftayırma zavoduna həmlə UTX-nin Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri və Pilotsuz Sistem Qüvvələri ilə birgə səyləri sayəsində mümkün olub.
Ümumilikdə, UTX dronları bu yaxınlarda Rusiyada 12 neftayırma zavoduna uğurla hücum edib.
Xatırladaq ki, martın 16-dan 17-nə keçən gecə Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna dron hücumu nəticəsində yanğın başlayıb. Diyarın operativ qərargahı bildirib ki, həmlə edən dronlar zərərsizləşdirilib, hadisə zamanı bir nəfər ürəktutmasından ölüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-03-2024, 14:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər