reklam
Regionxeberlericom.az » Cəmiyyət » 2023-cü ildə ən çox hansı şirkətlər avtomobil satıb? – Siyahı

reklam

2023-cü ildə ən çox hansı şirkətlər avtomobil satıb? – Siyahı


















“Toyota Group” ötən il 10,8 milyon yeni avtomobil sataraq qlobal bazarda şəksiz lider olub.

Bu barədə “Focus2Move” məlumat yayıb.

Bildirilib ki, bu, şirkətin 2022-ci ildə satdığı avtomobil sayısından 4,6 faiz çoxdur.

İkinci yerdə “Volkswagen Group” qərarlaşıb. Almaniya şirkəti ötən il 8,8 milyon avtomobil satıb ki, bu da 2022-ci ilin rəqəmlərini 10,9% üstələyir.

İlk üçlüyü Yaponiya firması “Hyundai-Kia” tamamlayır. Şirkət 2023-cü ildə 7,1 milyon ədəd avtomobil satışı həyata keçirib.

Onluğu Çin istehsalçısı BYD tamamlayır. Şirkət il ərzində bazarda öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilib - artım 46,3% təşkil edib.

Qeyd olunur ki, bu dinamika avropa avtomobil istehsalçılarında ciddi narahatlıq yaradır.

2023-cü ildə ən çox avtomobil satan şirkətlərin ilk onluğu aşağıdakı kimidir:


“Toyota Group” - 10,8 milyon avtomobil;

“Volkswagen Group” - 8,8 milyon avtomobil;

“Hyundai-Kia” - 7,1 milyon avtomobil;

“Renault Nissan Alliance” - 6,9 milyon avtomobil;

“Stellantis” - 6,5 milyon avtomobil;

“General Motors” - 6,2 milyon avtomobil;

“Honda Motor” - 4,1 milyon avtomobil;

“Ford” - 3,9 milyon avtomobil;

“Suzuki” - 3,05 milyon avtomobil;

“BYD” - 2,6 milyon avtomobil.




Paylaş:


Müəllif : Tarix:
20-03-2024, 21:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər