Şou-biznesimizdə məktəb təlaşı - Fotolar+Video
Bu gün Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürəcək. İlk dəfə 2005-ci ildə bu idman növü üzrə dünya çempionatını təşkil edən Bakı 14 ildən sonra yenidən dünyanın ən güclü gimnastlarını qəbul edir.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, 61 ölkənin qatılacağı çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları yeddi gün ərzində ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında mübarizə aparacaqlar. Eyni zamanda, komanda hesabında ən güclülər müəyyənləşəcək.
Yarışa qatılacaq 300-dən çox gimnast həm də qarşıdakı Olimpiadaya vəsiqə uğrunda yarışacaq. Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) Tokio-2020-yə lisenziya əldə edəcək. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Builki çempionatda çoxnövçülük xalları üzrə daha beş ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.
Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova bacarığını göstərəcək. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar. Təmsilçilərimizdən ilk olaraq mübarizəyə bu gün Ağamirova və Qudis qoşulacaq. Onlar halqa və topla hərəkətlərdə final mərhələsinə düşmək üçün mübarizə aparacaq.
Yarışın təntənəli açılış mərasimi isə saat 19-da başlayacaq. Mərasimdə məşhur müğənni, Xalq artisti Emin Ağalarov sevilən nəğmələri ilə izləyiciləri salamlayacaq. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini akapella üslubunda (musiqisiz, xorun müşaiyəti ilə) səsləndirəcək.
Tədbirdə dünya çempionatının ulduz səfiri, Azərbaycanın Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-09-2019, 11:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-09-2019, 11:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti