reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Piknik” yenə konsertə hazırlaşır - “Crocus” zalında baş verən terror təkrarlanacaqmı?

reklam

“Piknik” yenə konsertə hazırlaşır - “Crocus” zalında baş verən terror təkrarlanacaqmı?
















Moskva yaxınlığındakı “Crocus” əyləncə mərkəzində baş vermiş trerror aktında “Piknik” rok qrupunun adı hallanır. Faciə məhz bu qrupun konsert verəcəyi zamana uyğun gəlir.

“Piknik” barədə nə bilirik? 

Rok qrupu barədə kiçik arayışı təqdim edirik:

“Piknik” 1978-ci ildə Leninqradda (Sankt-Peterburq) yaradılmış sovet-rus rok qrupudur. Lakin onun yaradılış tarixi 1981-ci ildə Edmund Şklyarskinin qrupa qoşulması və ya ilk albomun yazıldığı 1982-ci il hesab olunur.

Yeri gəlmişkən, “Piknik” qrupunun direktorunun köməkçisi Yekaterina Kuşner də “Crocus City Hall”da törədilən terror aktı nəticəsində dünyasını dəyişib. Bu barədə martın 24-də sosial şəbəkələrində məlumat verilib.

"Piknik"in konsert direktoru Yuri Çernışevski RBC-yə bildirib ki, Kuşnerin kimliyini onun əri müəyyənləşdirib.

Qrupun rəsmi veb-saytında terror aktından sonra bu məlumat yerləşdirilib: “Bütün “Piknik” komandası həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Qurbanların tezliklə sağalması üçün dua edirik. Biz bu dəhşətli faciədən dərin sarsılmışıq və sizinlə birlikdə yas tuturuq...”

Konsertindən əvvəl “Crocus City Hall”da terror aktı baş vermiş “Piknik” qrupu Sankt-Peterburqda qarşıdan gələn çıxışını ləğv etməyəcək. Konsert martın 27-nə planlaşdırılıb. “Veliko Oktyabrski” konsert zalının nümayəndələrinin mesajında deyilir: "Piknik" qrupunun konserti baş tutacaq".


 





Paylaş:


Müəllif : Tarix:
25-03-2024, 20:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər