Xocalıda itkin düşən şəxsin qalıqları 32 il sonra dəfn olundu - Fotolar
Xocalı ərazisində aşkar olunmuş kütləvi məzarlıqdan qalıqları tapılan Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi keçirilib.
“Trend” xəbər verir ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Akif Mahmudovun qalıqları Ceyranbatana, ailəsinin yaşadığı evə gətirilib.
Burada şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları, Xocalı sakinləri iştirak edib. Şəhidin Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan qalıqları Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Könüllü özünümüdafiə dəstəsinin üzvü olan A. Mahmudov 30 yaşında, 1992-ci il fevralın 26-sı itkin düşüb. Ailəli olub, 2 oğlu var.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-03-2024, 14:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-03-2024, 14:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti