Dəmir orqanizm üçün niyə bu qədər vacibdir?
Dəmir orqanizm üçün vacib elementlərdən biridir. Əgər bu, çatışmazsa, qanazlığı, yorğunluq və əmək qabiliyyətində azalma müşahidə olunar.
Mövzu ilə bağlı türkiyəli həkim Məryəm Necafinin tövsiyyələrini təqdim edirik:
Dəmirin təəccübləndirici faydalarından biri də əhvalı qaldırmasıdır. Orqanizmdə dəmirin normal səviyyədə olması əhval-ruhiyyəyə də təsir edir.
Kişilərin dəmir ehtiyacı gündə 10 mq, qadınlarınkı isə 15 mq-dır. Qadınlar hər ay menstruasiya zamanı qan itirdiyindən, bundan əlavə hamiləlik və əmizdirmə zamanı uşağın dəmir ehtiyacını ana ödədiyindən, dəmirə ehtiyac artır. Qadınların dəmir toplayıb saxlama qabiliyyəti aşağı olduğundan, onlar dəmirə daha çox ehtiyac duyurlar.
Uşaq sağlamlığında son dərəcə əhəmiyyətli olan dəmir əskik olan zaman bədəndə infeksiyalar yarana bilər. Buna görə, uşaqların dəmir cəhətdən zəngin qidalar istehlak etməsi son dərəcə əhəmiyyətlidir.
Güclü əzələlərə sahib olmaq üçün bədənin dəmirə ehtiyacı var. Dəmir əzələrinin güclənməsi və möhkəmlənməsinə kömək edir.
Qandakı oksigenin 20 faizini istifadə edən beynin yaxşı işləməsi üçün dəmirə ehtiyac çoxdur.
Dəmir immun sisteminin düzgün işləməsi və güclənməsi baxımından ehtiyacımız olan maddədir.
Heyvani qida istehlak edin
Mütəxəssis 0-14 yaş arası uşaqların gündəlik dəmir ehtiyacının təxminən 7-15, əmizdirən analarda isə gündəlik təxminən 27 milliqram olduğunu söyləyir. Mütəxəssis heyvani qida qaynaqlarından alınan dəmirin, bitki mənşəli mənbələrdən alınan dəmirdən daha zəngin olduğunu vurğulayıb.
Dəmir əksikliyinə qarşı bunları yeyin: ət, yumurta və portağal
Bütün bədən hüceyrələri üçün lazımlı mineral olan dəmir ən çox qırmızı ətin tərkibində var. Yumurta da əsl dəmir anbarıdır. Uşaqlara yumurtanın sevdirilməsi və hər səhər naharda bir qaynadılmış yumurta yedirilməsi faydalıdır. Portağal, qovun, çiyələk, tut, banan kimi təzə meyvələr də dəmirlə son dərəcə zəngindir. Uşaqlara hər səhər ac qarına bir şorba qaşığı bəkməz və hər gün bir stəkan təzə sıxılmış portağal suyu vermək lazımdır.
Limon, portağal suyu, bibər və kivi kimi qidalar C vitamini baxımından olduqca zəngindir.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2024, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər