Türkiyədə bələdiyyə seçkiləri keçirilir
Türkiyənin cənub-şərqində saat 07:00-da (Bakı vaxtı ilə 08:00), digər bölgələrdə isə 08:00-da yerli seçkilərdə səsvermə başlayıb.
Cənub-şərqdəki əyalətlərdə səsvermənin daha tez başlaması Ramazan ayı ilə əlaqədardır və 81 əyalətdən 32-sini əhatə edir.
Bununla bağlı Türkiyə Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.
Ölkədə böyük şəhər bələdiyyə sədrləri, bələdiyyə sədrləri və digər yerli idarəetmə orqanlarına rəhbərlər seçilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda ölkədə 61,4 milyon seçici var.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkilərin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, eləcə də könüllülər təmin edir.
Bütün ölkədə səsvermə 17:00-da başa çatacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-03-2024, 11:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-03-2024, 11:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39