Azərbaycanda tanınmış alim üç gündür küçədə yatır
Xəbər verdiyimiz kimi, tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcümıçisi Fazil İsmayılov Bakının Yasamal rayonunda kirayə qaldığı evdən çıxarılıb. O, kirayə pulunu ödəyə bilmədiyi üçün martın 28-də ev sahibi tərəfindən əşyaları ilə birlikdə küçəyə atılıb.
Alimin mənzil problemi bu günə kimi həll olunmayıb. Ötən üç gündə ölkədə fəaliyyət göstərən 10-yaxın telekanal bu mövzuda süjet, 50-yə yaxın sayt xəbər hazırlasa da, Yasamal rayon İcra Hakimiyyətindən başqa heç bir dövlət qurumu Fazil İsmayılovun taleyi ilə maraqlanmayıb. İcra hakimiyyətindən ona yeni mənzil kirayələməyi təklif etsələr də, Fazil İsmayılov bununla razılaşmayıb. O, daimi yaşayış yeri ilə təmin olunmağını xahiş edib. İcra hakimiyyətindən isə ona yalnız bir neçə ay kirayə pulu verilə biləcəyi deyilib.
Qonşularının "Yeni Sabah"a verdiyi məlumata görə, bu təkliflə razılaşmayan alim üç gündür küçədə yatır. O, şəxsi əlyazmalarının və beş mindən artıq kitabının olduğunu əsas gətirərək, qonşuların evində gecələməkdən imtina edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-03-2024, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər