reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vatsapda yaş həddinə dəyişiklik ediləcək

reklam

Vatsapda yaş həddinə dəyişiklik ediləcək

















Vatsapda yazışmalarınıza və hesabınıza girişi saxlamaq üçün yeni şərtlərlə razılaşmalısınız.

Bu barədə “Skynews” yazı dərc edib.

Qeyd olunub ki, ən məşhur mesajlaşma proqramı olan vatsap məxfilik siyasətini və xidmət şərtlərini yeniləyir.

Bu məqsədlə istifadəçilər aprelin 11-dək yeni qaydalarla razılaşmalıdırlar, əks halda onların hesabı bloklana bilər.

Yeniləmə Avropa İttifaqının yeni antiinhisar qanununu əks etdirir və bu qanun bizi müxtəlif ani mesajlaşmalar arasında uyğunluq tətbiq etməyə məcbur edir. Bu funksiya tezliklə bütün dünyada əlçatan olacaq. Bir sözlə, vatsap vasitəsilə əsas messencerdən çıxmadan teleqram və diskord istifadəçiləri ilə çatlaşmaq da mümkün olacaq.

Bundan əlavə, aprelin 11-dən vatsap istifadəçiləri üçün minimum yaş tələblərini dəyişir, onu 16-dan 13-ə endirir.

İndi yeni məxfilik siyasəti ilə razılaşmayan istifadəçilər bloklanmayacaq, lakin messencerə giriş məhdudlaşdırılacaq. Messenceri yenidən başladıb və təsvir olunan tələblərlə razılaşsanız, girişi bərpa etmək mümkündür.




Paylaş:


Müəllif : Tarix:
2-04-2024, 08:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər