Messi oynamadı, komandası uduzdu
Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" KONKAKAF Çempionlar Kubokunda 1/4 final mərhələsinin ilk oyununa çıxıb.
Komanda "Monterrey"lə qarşılaşıb. Oyun Amerikanın Fort Lauderdeyl şəhərindəki "Çeyz" stadionunda keçirilib. “İnter Mayami” öz meydanında Meksika təmsilçisinə 1:2 hesabı ilə uduzub.
19-cu dəqiqədə "İnter Mayami"nin argentinalı müdafiəçisi Tomas Avileş hesabı açıb. 65-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi David Ruiz ikinci sarı vərəqə alaraq meydandan qovulub. Matçın 69-cu dəqiqəsində qonaqların argentinalı yarımmüdafiəçisi Maksimiliano Mesa hesabı bərabərləşdirib. 89-cu dəqiqədə Mesanın ötürməsindən qələbə qolunu digər argentinalı yarımmüdafiəçi Xorxe Rodriqes vurub.
Messi zədədən yeni qayıtdığı üçün bu oyunda iştirak etməyib.
Bu komandalar arasında cavab matçı aprelin 11-də keçiriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2024, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…