"İsa Qəmbər başqanlıqdan gedəndə ona dedim ki.." - Sərdar Cəlaloğlu
"İsa Qəmbərin Müsavat Partiyasının başqanlığına qayıtması barədə təklifləri alqışlayıram. Düşünürəm ki, dağılmış Müsavatı bir araya toplamaqda onun böyük xidməti ola bilər. Qubad İbadoğlunun təşkilatından, yaxud da Müsavatdan ayrılan digər qruplar və şəxslər yenidən partiyaya qayıda bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Sədrin sözlərinə görə, gələcək proseslər İsa Qəmbərin Azərbaycan siyasi reallıqlarını düzgün dəyərləndirməsindən asılı olacaq:
"Əgər ictimai rəyə əks gedə bilsə, bunu bacaracaq. O vaxt belə bir fikir formalaşdırdılar ki, müxalifət liderləri 4 əlli yapışıb liderlikdən və getmək istəmirlər. Uzun zaman bunun mətbuatda təbliğatı aparıldı. İctimai rəyin təsiri altında bir çox liderlər bu istiqamətdə addım atdı. İlk olaraq Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət Hacıyeva sədrlikdən getdi. Lalə xanım istefa verən kimi o partiyada demək olar ki, heç kəs qalmadı. Partiya tamamilə dağıldı. Etibar Məmmədov AMİP-dən gedəndən sonra demək olar ki, partiyadan əsər-əlamət qalmadı. İsa Qəmbər də eyni addımı atmağa hazırlaşanda onunla şəxsən görüşdüm və müzakirə apardıq. O da dedi ki, partiyanın Əsasnaməsi var, iki dəfədən artıq kimsə sədr ola bilməz. Onu xəbərdar etdim ki, sənin gedişin Azərbaycanda müxalifəti zəiflədəcək, bu addımı atma, Müsavatı da zəiflədəcək. Dediyim kimi də oldu".
Sərdar Cəlaloğlu qeyd edib ki, Azərbaycanda aparıcı müxalifət liderlərinin istefası müxalifəti gücləndirmədi, əksinə zəiflətdi:
"Hətta bəziləri rəsmən fəaliyyətini dayandırdı. İsa bəy xarizmatik şəxsiyyətlərdən biridir, yüksək vəzifələrdə təmsil olunub, kifayyət qədər təmkinli adamdır. Azərbaycan müxalifətində prezidentliyə namizəd kimi İsa Qəmbərin böyük şansı var. Bu baxımdan, onun yenidən Müsavat Partiyasına rəhbər gəlməsi dağılmış partiyanı bir araya gətirməkdə böyük xidməti ola bilər. Çünki o vaxt İsa Qəmbər istefa verdiyinə görə Müsavat parçalandı və hərə bir tərəfə getdi. İsa Qəmbərin birləşdirici keyfiyyəti var, həddən artıq keyfiyyətli, güzəştli mövqe tutmağı bacarır. O, bu keyfiyyəti ilə Müsavatı daha güclü bir partiyaya çevirəcək".
İsa Qəmbərin başqanlığa dönüşü müxalifət düşərgəsində nəyi dəyişə bilər? Sərdar Cəlaloğlunun fikirincə, Azərbaycan müxalifəti güclənəcək:
"Bir var kiçik partiyaların təşkil etdiyi müxalifət, bir də var iri partiyaların birləşdiyi müxalifət. İsa Qəmbərin yenidən partiya başqanlığına, eləcə də siyasi müstəviyə qayıtması müxalifətin öz arasında rəqabəti gücləndirəcək, həm də iqtidarla müxalifət arasında rəqabəti yeni müstəviyə çıxaracaq".
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2024, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər