Tanınmış müğənnidən Aygün və Röya haqda ŞOK SÖZLƏR
“Mənim üçün Azərbaycanda iki ulduz var. Biri Aygün Kazımova, digəri isə Röya Ayxandır”.
Bu sözləri müğənni Sərxan Kərəmoğlu “Həmin Zaur” verilişində səsləndirib. O, hazırda müğənni olaraq faəliyyət göstərən xanım ifaçılardan da söz açıb:
“Deyilə bilər ki, müstəqillik dövründə boşluğa düşüb, çox tanınanlar var. Amma boşluq deyildi. Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova, daha sonra isə gələn Röyadır ki, onların oxuduqları mahnılar əsl Azərbaycan estradasıdır. Hazırda ifaçılar ancaq toylar, el şənlikləri, ad günləri, konsertlər üçün oxuyur. Çünki bizim başqa qazanc yerimiz yoxdur. Bilirik ki, bunu etməsək, kimsə bizə qazanc verməyəcək. Ona görə də, indiki gələn o qızlar ki var, hamı qınayır, qısqanclıq gözü ilə baxır, onlar çox ağıllı iş görürlər. Çünki onlar çox gözəl bilir ki, bir neçə il sonra olmayacaqlar. Qazandıqlarını yığmalıdırlar. Strategiyaları çox düzgündür. 70 yaş civarında olan müğənnilərimiz var, iki otaqlı evdə yaşayırlar, yeməyə çörəkləri belə yoxdur. İndiki qızlar isə çox düzgün yol tutublar, doğru edirlər. Toya gedirəm, toyda mənim qonağımı əyləndirəcək adam lazımdır. İstər aparıcı olsun, istər musiqiçi.. Bəzi aparıcılar toylarda mikrofonu əlinə alıb, zay-zay danışmağa başlayırlar. Sənə camaat pul verib gətirir ki, problemlərdən çıxan qonaqları əyləndirəsən. Sən kimə ağıl verirsən?”
Sərxan Kərəmoğlu aparıcı Zaur Kamalın “Sənin üçün əsl ulduz kimdir?” sualını belə cavablandırıb:
“Mənim üçün əsl ulduz Aygün Kazımovadır. Ancaq onun bəzi xasiyyəti və xarakterinə görə, bir qisim insan ola bilsin ki, Aygünü sevməsin. Lakin o, ulduz doğulub. Bir də Röyadır. Amma burada bir məsələ var ki, Aygün Kazımovanın elədiyi inqilabı heç kəs etməyib. O, ölənə qədər ulduz olacaq. Röya isə Azərbaycan sənəti üçün tapıntıdır. Bilirsiniz nəyə görə? Səsi, sənəti, hamısını kənara qoyuram. O, Zeynəb Xanlarovadan sonra ikinci adamdır ki, Azərbaycanın 99 faizi onu sevir. Elə adam çıxarın qarşıma ki, Röyanı sevməsin. Milyonda 3-4 nəfərdir. Heç bir ölkədə elə adam yoxdur ki, Röya kimi sevilsin. Ondan heç bir asılılığım yoxdur. Ancaq göydə Allah var”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2024, 13:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər