Ali Məhkəmədə Maqsud Mahmudovla bağlı qərar qəbul olundu
Ali Məhkəmədə Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı qərar qəbul olunub.
RegionXəbərləricom.az "Report"a istinadla xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən məhkəmə iclasında apellyasiya məhkəməsinin qərarından verilən kassasiya şikayəti təmin olunmayıb.
M. Mahmudov Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
O, DİN-in verdiyi beynəlxalq axtarış nəticəsində 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub və həmin il sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
M.Mahmudov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur. İş üzrə 90 nəfər zərərçəkmiş var. Onlardan ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2024, 14:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər