reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bağırsaq xərçəngi “epidemiya”ya çevrilir

reklam

Bağırsaq xərçəngi “epidemiya”ya çevrilir













Bağırsaq xərçəngi “epidemiya”ya çevrilir

Bağırsaq xərçənginə yoluxma və ölüm hallarının 2040-cı ilə qədər 10 dəfə artacağı gözlənilir.

Medicina.az xəbər verir ki, İngiltərədə yerləşən “Cancer Research UK” sağlamlıq təşkilatı bağırsaq xərçəngindən ölümlərdə 2040-cı ilə qədər hər il ən az 2500 artım olacağını açıqlayıb.

Mütəxəssislər artan qoca nəslin bu artımın ən böyük amili olduğunu desələr də, gənclər arasında da xəstələrin sayının artdığını etiraf edirlər.

Piylənmə, çox qırmızı ət yemək və kifayət qədər lif istehlak etməmək də bu xəstəliyə səbəb ola bilir.

"Xərçəngin ilk növbədə yaşlıların xəstəliyi olduğunu xatırlamaq vacibdir. Xərçəng hallarının əksəriyyəti 50 və daha yuxarı yaşda olan insanlarda müşahidə edilir”, - “Cancer Research UK”in sağlamlıq üzrə məlumat meneceri Bef Vinsent deyib.

“Bağırsaq xərçəngi diaqnozu qoyulan insanların sayının proqnozlaşdırılan artımı əsasən artan və qocalan əhali ilə izah edilə bilər. Ancaq dünyada 25-49 yaşlı insanlara təsir edən erkən bağırsaq xərçəngi nisbətlərinin də artdığını görürük. Ona görə də neçə yaşda olmağınızdan asılı olmayaraq, sizin üçün normal olmayan və ya keçməyən bir dəyişiklik hiss edirsinizsə, buna əhəmiyyət verin, dərhal həkiminizlə danışın. Əksər hallarda bu, xərçəng çıxmayacaq, lakin əgər belədirsə, onu erkən aşkarlamaq sözün əsl mənasında həyati fərq yarada bilər", - o qeyd edib.

Xatırladaq ki, hər il təxminən 43 000 insana bağırsaq xərçəngi diaqnozu qoyulur və təxminən 17 000 nəfər bu xəstəlik səbəbilə ölür.

 




Paylaş:


Müəllif : Tarix:
5-04-2024, 09:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər