reklam
Regionxeberlericom.az » Cəmiyyət » Valideynlər pullu məktəbləri buna görə seçir - ŞOK SƏBƏB

reklam

Valideynlər pullu məktəbləri buna görə seçir - ŞOK SƏBƏB
















Elə valideynlər var ki, ildə 15-20 min manat ödəyib, öz övladını özəl liseydə oxutdurur. Ancaq burada təəccüblü məqam var ki, həmin liseylərdən məzun olan şagirdlər buraxılış imtahanlarında yüksək nəticə göstərə bilmirlər. Maksimum bal yığan şagirdlərin sırasında onların adı çəkilmir. Buna səbəb nədir? 

Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev “Yeni Sabah”a açıqlamasında bir sıra məqamlar barədə danışıb: 

“İlk növbədə vurğulamaq lazımdır ki, valideynlərin bu qədər məbləğdə pul ödəyərək, övladlarını özəl məktəblərdə oxutdurmasının bir neçə səbəbi var. Valideynlərin özəl məktəblərə bu qədər yüksək məbləğdə pul ödəməsinin birinci səbəbi gələcəkdə övladlarının xarici universitetlərdə təhsil almasıdır. Bu cəhətdən haqlıdırlar. Çünki liseylərdə təhsil ingilis dilində tədris olunur. Xüsusilə, həmin tədris müəssisələrində xarici universitetlərə köklənən təhsil siyasəti izlənilir. Belə olduqda, şagirdlərin xarici universitetlərə marağı daha çox artır və daha yaxşı hazırlaşırlar. Lisey şagirdləri Azərbaycanda keçirilən buraxılış imtahanlarında yüksək nəticə göstərməkdə maraqlı deyillər. Bu imtahanlara qatılmaqda onların yeganə məqsədi attestat almaqdır. Sonrakı mərhələdə xarici universitetlərin tələb etdiyi imtahan və olimpiyadalarda iştirak edərək, öz məqsədləri uğrunda irəliləyirlər. Ümumiyyətlə, liseydə təhsil alan şagirdlərin maraq dairəsində buraxılış imtahanı və yerli universitetlər yoxdur”. 

Ekspert bildirib ki, liseylərdə təhsil alan şagirdlər daha məsuliyyətli və tərbiyəli olur:

“Valideynlərin övladlarını özəl məktəblərə yönləndirməsindəki digər bir səbəb isə sosial çevrədir. Ata-ana düşünür ki, bir insan əgər bu qədər böyük məbləğdə pul verib uşağın liseydə oxutdurursa, deməli ali təbəqəyə məxsusdur. Belə qənaətə gəlirlər ki, onların övladları ali təbəqəyə aid olan şəxslərin uşağı ilə bir məktəbdə təhsil alarsa, hansısa dövlət qurumunda rəhbər işlədiyi təqdirdə özü üçün bir fəxrdir. Gələcək zamanda bu məzunların bir-birinə dəstək göstərməsi də qaçılmaz faktdır. Ata-anaların liseyləri seçməsində başqa bir səbəb isə tərbiyə faktorudur. Orta məktəblərdə aşılanan tərbiyə ilə liseylərdə verilən təlim-tərbiyə üsulları eyni deyil. Özəl məktəblərdə şagirdlərə göstərilən diqqət, müəllimin şagirdə göstərdiyi münasibət, xüsusi tərbiyəçilərin şagirdlərlə davranışı adi məktəblərdən tamamilə fərqlənir. Bura hər bir şagird elit ailədən gəlir. Valideyn bunu düşünür və əmindir ki, həmin mühitdə yetişən uşaq daha tərbiyəli övlad olacaq”. 





Paylaş:


Müəllif : Tarix:
5-04-2024, 18:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər