reklam
Regionxeberlericom.az » Cəmiyyət » Barmaq ucundakı “şəxsiyyət vəsiqəsi”

reklam

Barmaq ucundakı “şəxsiyyət vəsiqəsi”


















Allah bəşər oğluna göndərdiyi həyat kitabında, Qurani-Kərimdə bildirir ki, insanlar öldükdən sonra yenidən dirildilib sorğu-suala çəkiləcəklər və insanları yenidən diriltmək Allah üçün çox asandır. Özü də Quran bu həqiqəti bizə xəbər verərkən insanın barmaq uclarının belə yenidən yaradılacağına, həm də olduğu kimi, təhrifsiz, təkrarsız yaradılacağına diqqəti çəkir: “Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaq uclarını da) düzəltməyə qadirik!” (Qiyamə, 75/4).

Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətlidir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi digər insanın barmaq izindən fərqlənir. Bundan başqa, tarix boyu yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir. Həmçinin, eyni DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan əkizlər də fərqli barmaq izlərinə malikdirlər.

Barmaq izi doğuşdan əvvəl dölün üzərində son şəklini alır və barmaq onun dəri strukturunu deformasiyaya uğradaraq tamamilə sıradan çıxaran yara almasa, bu izlər ömür boyu sabit qalır. Buna görə də, insanlar barmaq izlərini öyrənən elmdən hansısa bir şəxsi müəyyənləşdirmək məqsədilə istifadə edirlər. Bu elm həmin izləri müəyyənləşdirməkdə əsas vasitədir.

Burada ən mühüm məsələ barmaq izlərinin özünəməxsusluğunun yalnız XIX əsrin axırlarında kəşf edilməsidir. Ondan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Quranda isə o dövrdə heç kimin ağlına gəlməyən barmaq izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir.

Barmaq izi ilə şəxsiyyəti müəyyənləşdirmək sistemi, yəni AFS texnologiyası son 25 ildə müxtəlif polis təşkilatlarında istifadəsi mümkün olan qədər sübut olunmuş, qanuni olaraq qəbul edilən bir üsul kimi istifadə edilmişdir. Bu gün şəxsiyyətin müəyyənləşdirilməsində barmaq izi qədər müsbət nəticə verən ikinci bir texnologiya yoxdur. Barmaq izi ilə şəxsiyyətin müəyyənləşdirilməsi son 100 ildə hüquqi proseslərdə istifadə edilir və beynəlxalq aləmdə də qəbul olunur.

A. A. Moenssnens “Barmaq izi texnikaları” (“Fingerprint Techniques”) adlı kitabında barmaq izinin hər insanda orijinal, təkrarsız olduğunu bu cür ifadə edir: “İndiyə qədər müxtəlif barmaqlardakı iki barmaq izindən heç birinin bir-biri ilə eyni olduğuna rast gəlmək mümkün olmamışdır...”





Paylaş:


Müəllif : Tarix:
7-04-2024, 21:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər