Özünü qazi kimi təqdim edən şəxs saxlanıldı
Sumqayıt şəhərində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə müxtəlif obyektlərə və restoranlara daxil olub ona maddi kömək edilməsini tələb edən Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb.
Axar.az xəbər verir ki, onun 2012-2017-ci illərdə hərbi xidmətdə olduğu, heç bir hərbi əməliyyatlarda, o cümlədən, də 44 günlük Vətən müharibəsində iştirak etmədiyi müəyən edilib.
N.Məmmədov tanışı olan bir nəfərdən hərbi forma əldə edərək guya torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak edən zaman bir gözünü itirdiyi görüntüsü yaradaraq qeyd edilən əməlləri törədib.
Saxlanılan şəxs həmçinin tanışlarından birindən əldə etdiyi “Vətən Müharibəsi İştirakçısı” medalının eynisindən özü üçün hazırlayaraq hərbi geyim formasının üzərində gəzdirib. N.Məmmədov qeyd edilən yolla asan və daha çox “qazanc” əldə etmək niyyətində olub. Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan N.Məmmədov barəsində araşdırmalar davam edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2024, 11:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər