reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Bayramdan sonra bunları etməsəniz...” - Oruc tutanlara VACİB XƏBƏRDARLIQ

reklam

“Bayramdan sonra bunları etməsəniz...” - Oruc tutanlara VACİB XƏBƏRDARLIQ















Sabah Ramazan bayramıdır. Bu müddətdən etibarən oruc tutan şəxslər normal qidalanmağa başlayacaqlar. Bəs normal qidalanmaya necə keçid etmək lazımdır ki, bu səhhətimizə təsir eləməsin?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bu barədə “Yeni Sabah”a danışıb. Ekspert normal qidalanmaya keçid üçün bir sıra qaydaları açıqlayıb:

“Ramazan boyunca oruc tutan şəxslər bu müddət bitəndən sonra normal qidalanmaya qayıtmaq və sağlamlıq problemləri ilə üzləşməmək üçün bir sıra qaydalara əməl edilməlidir. Əsas məsələlərdən biri axşam yeməyini 3-4 gün, hətta 1 həftə ərzində 30-40 dəqiqə qabağa çəkmək lazımdır. Bu müddət ərzində axşam yeməyini yuxudan 5 saat əvvələ qədər yeyib-bitirmək lazımdır. Bundan əlavə, iftarda insanlar xəmir yeməkləri və paxlalı qidaları daha çox qəbul edirlər. Normal qidalanmaya keçid edərkən onların da miqdarını azaltmaqda fayda var. Daha sonra, əsasən, tez həzm olunan qidalar qəbul etmək lazımdır. Axşam yeməyində xüsusilə tərəvəzli qidalara üstünlük verilməlidir. Çünki həmin qidalar lifli sayılır, bağırsaqların hərəkətliliyini təmin edir. Beləliklə, orucluq zamanı bəzi insanlarda yaranan qəbizliyin də qarşısı alınır”.

M.Hüseynova yağlı, duzlu, qızardılmış yeməklərə üstünlük verməyi tövsiyə etmədiyini də bildirib:



















“Səhər yeməyində imtina etmək olmaz. Mütləq şəkildə səhərlər qidalanmamıza diqqət etmək lazımdır. Həmçinin, axşamlar yeməkdən sonra gəzintiyə çıxmaq daha məqsədəuyğundur. Bu qəbul olunan qidaların həzmini asanlaşdırır. Susuzluq olmaması üçün Ramazandan sonra maye qəbuluna diqqət edilməlidir. Yağlı, duzlu, turş yeməklərdən nisbətən uzaq durmaq məsləhətlidir. Çünki bu orqanizmdə maye-duz balansının pozulmasına gətirib-çıxarır ki, nəticədə oynaqlarda problem, yüksək təzyiq problemləri özünü göstərir. Bayram günlərində həzmlə bağlı problem yaşamamaq üçün az qızardılmış, yüngül bişmiş yeməklərə üstünlük vermək daha düzgündür.

Orucluqdan sonra səhhətimizdə hər hansı problem yaranarsa, qidaların intervalına və yuxu rejiminə diqqət etməklə bunu aradan qaldırmaq olar. Səhər yeməyini isə birdən-birə normal vaxta qaytarmaq yox, dəqiqə-dəqiqə qabağa çəkmək daha daha məsləhətlidir”.




Paylaş:


Müəllif : Tarix:
9-04-2024, 18:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər