General-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə iclas keçirildi

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında birinci rübün nəticələrinə dair yekun iclas keçirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən iclasda Quru Qoşunlarının idarə, şöbə və bölmə rəisləri, eləcə də videobağlantı vasitəsilə birlik, birləşmə komandirləri, onların müavinləri və tabor komandirləri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclasda tabelikdəki hərbi hissələrdə 2024-cü ilin birinci rübü ərzində xidməti-döyüş fəaliyyətinin təşkili, bu istiqamətdə görülən işlər, icra edilən tapşırıqlarla bağlı komandirlərin məruzələri dinlənilib, həmçinin qoşun xidmətinin, maddi-texniki təminat və hərbi intizamın vəziyyəti geniş təhlil olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələr, o cümlədən müdafiə naziri general-polkovnik Zakir Həsənovun qoşun xidmətinin təşkilinin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.
İclasın sonunda birinci rübün yekunlarına əsasən hərbi xidmətdə fərqlənənlər qeyd edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-04-2024, 20:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi

“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı