Müharibədən qaçanlara istənilən ölkə sərhədlərini açmalıdır...
Son 15 ildə Rusiyada, ən azı, 3 böyük böhran olub – 2008-09-cu illərdə rubl dəyər itirdi, iqtisadi aktivlik azaldı, gəlirlər düşdü, 2014-15-ci illərdə kəskin böhran dalğası oldu, 2022-ci ildə sanksiyalar, müharibə, ölüm-itim təhlükəsi başladı, amma hər 3 böyük böhran dalğasında Rusiyadan Azərabyacna soydaşlarımızın geri köç dalğası baş vermədi, Qazaxstana, Orta Asiyaya, Ukraynaya (2008-2022 arası), Belarusa köçdülər, amma məmləkətə dönmədilər. Çox düşündürücü mənzərədir, amma anlaşılandır – ölkədə iş-güc, şərait, fürsətlər olsaydı, zatən köçməzdilər.
Hə, onu da deyim ki, geri köçün olmamasının quru sərhədlərin bağlı olması ilə heç bir əlaqəsi yoxdur - 2008-2020-ci illər arası ki, sərhədlər açıq idi, amma köç olmadı.
İndi bəzi söhbətlər gəzir ki, Allah eləməmiş, bölgəmizdə böyük müharibə olsa, İran ciddi zərbələr alsa, cənubdan böyük köç dalğası ola bilər, quru sərhədləri məhz ona görə bağlı saxlayıblar – yenə məntiqsiz yanaşmadır: Müharibədən qaçanlara istənilən ölkə sərhədlərini açmalıdır, BMT qərarları, beynəlxalq hüquq var, necə təsəvvür etmək olar ki, İrandan qaçanlara, məsələn, Ermənsitan sərhədini açıb sığınacaq verir, qardaş Türkiyə bu addımı atır, amma Azərbaycan deyir ki, yox e, bizdə “pandemiyadır”, karantin rejimidir, ona görə sərhəd bağlıdır – özü də gələnlər Cənublu qardaşlarımız, soydaşlarımız olsa qapılar açılmalıdır.
Ona görə də, “sərhəd ona görə bağlıdır ki, Rusiyadan müharibədən qaçanlar gəlməsin, İran vurulsa insan axınının qarşısı alınsın”, tezisi, yumşaq desəm, yarımçıqdır, inandırıcı və məntiqli deyil...
Natig Cəfərli
Paylaş:
Müəllif : Fuad
Tarix:17-04-2024, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər