reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əmək müqaviləsi bağlayarkən bərabər tərəf olsalar da, bu sahədə işəgötürənlərin işçiyə qarşı müəyyən üstünlükləri var

reklam

Əmək müqaviləsi bağlayarkən bərabər tərəf olsalar da, bu sahədə işəgötürənlərin işçiyə qarşı müəyyən üstünlükləri var












Təbii ki, əmək münasibətlərində, xüsusən də Əmək müqaviləsi bağlayarkən bərabər tərəf olsalar da, bu sahədə işəgötürənlərin işçiyə qarşı müəyyən üstünlükləri var, son sözü də işəgötürən deyir. Lakin hər bir halda işçi də Əmək müqaviləsi bağlayarkən və ya ona aid digər sənədləri imzalayarkən çalışmalıdır ki, aşağıdakı hallara diqqət yetirirsin.

Hər bir işçinin, imza etməmişdən əvvəl ona təqdim edikın Əmək müqaviləsi, ona edilən əlavə və ya düzəlişlərlə, eyni zamanda digər sənədlərlə əvvəlcədən tanış olmaq hüququ vardır. Hər bir halda işçinin bu yazılmış və ya yazılmamış qanunun vı ya qaydaları yadda saxlaması lazımdır. Əgər işəgötürən ilə işçi arasında hər hansı bir razılaşma olubsa və bu əmək müqaviləsi, əlavə və ya düzəlişlərlə imzalanmaqla təsdiq olunubsa, digərsənədə imza edilibsə: bu tərəflərin iradə ifadəsinin təzahürüdür, qarşılıqlı vı ya könüllü razılaşma, şərt və ya öhdəliklərinin rəsmiləşdirilməsidir.

Səbəbindən asılı olmayaraq:tərəflər buəmək müqaviləsini oxudu və ya oxumadı, tanış oldu və ya olmadı, aldatdılar və sair. Əlbəttə, ancaq bir şərtlə ki, bu əmək müqaviləsində olan bu vəzifə və ya öhdəliklər AR-nın Əmək Məcəlləsinə zidd olsun və ya işçi buna hədə qorxu nəticəsində imza etsin, lakin bu halda da sübut etmə vəzifəsi işçinin üzərinə düşür.

Bir faktı da yaddan çıxarmaq olmaz ki, Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən:əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək ARƏmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

Əgər işçi qeyd olunan Əmək müqaviləsini və ya ona aid digər bu sənədləri imzalayarsa, həmin işçini hüquqi yollarla heç bir: Həmkar ittifaqları təşkilatı, Hüquq müdafiəçisi, istəsə belə Dövlət Əmək Müfəttişliyi, Ombudsman, Məhkəmə və s. qurumlar tərəfindən hüquqi yollarla müdafiə etmək və işçinin hüququnu bərpa etmək imkanı olmur.




Paylaş:


Müəllif : Tarix:
23-04-2024, 08:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər