reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Əllərimi kəsərəm, amma Tavuşdan heç nə vermərəm” - Erməni deputat

reklam

“Əllərimi kəsərəm, amma Tavuşdan heç nə vermərəm” - Erməni deputat
















Mən əllərimi kəsərəm, amma Tavuşdan heç nə vermərəm. Axı indi heç kim Tavuşdan heç nə vermir”. 

Bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Sarkis Xandanyan deyib.

S.Xandanyan bununla ictimaiyyətə anlatmaq istəyib ki, Azərbaycana təhvil verilən 4 kənd Ermənistana aid deyil. 

Onun sözlərinə görə, aprelin 19-da başlayan prosesdə ən vacibi Azərbaycanın uzun müddət bundan yayındığı prinsiplər üzrə razılaşma olub.

“Alma-Ata Bəyannaməsinə istinad nə vaxtsa danışıqlar prosesində həll olunmaz məsələyə çevrildi, lakin sonda Alma-Ata Bəyannaməsini siyasi əsas kimi qəbul etmək və ona Ermənistan və Azərbaycanın imzalarını qoymaq mümkün oldu. Bu, prosesin bu məntiqlə davam etməli olduğuna dair mühüm siqnaldır”, - Xandanyan əmin edib. 

Onun fikrincə, vəziyyət konkretləşir. 

Deputat əlavə edib ki, protokolda bu sahənin – Tavuş-dakı ərazilərin qismən delimitasiya olunmuş hesab edildiyi göstərilir. 

“Proses başa çatdıqdan və saziş imzalanandan sonra iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunacaq. Müəyyən mərhələdə Ermənistan Artsvaşenin (Gədəbəydəki Başkəndin-red.) Ermənistana aid olmasının hüquqi əsasını təqdim edəcək”, - Xandanyan fikrini yekunlaşdırıb.





Paylaş:


Müəllif : Tarix:
24-04-2024, 10:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər