reklam
Regionxeberlericom.az » Cəmiyyət » İyirmidən çox ölkənin hüquqşünasları Bakıdadır - Fotolar

reklam

İyirmidən çox ölkənin hüquqşünasları Bakıdadır - Fotolar
















Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir keçirilir.

Azərbaycan Arbitraj Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, yerli və xarici hakimlər, beynəlxalq arbitraj üzrə ekspertlər və hüquqşünaslar iştirak edir.

Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyeva tədbirin əhəmiyyəti haqda danışıb.

K. Mehdiyeva bildirib ki, tədbir ölkəmizdə bu sahədə keçirilən ilk beynəlxalq konfransdır. Bu səbəbdən həm yerli, həm də xaricdən gələn hüquqşünaslar üçün çox önəmli tədbirdir:

“Tədbirdə 20-dən çox ölkədən hüquqşünaslar iştirak edir. Bu gün onlar öz təcrübələrini bizimlə bölüşəcəklər. Həmçinin konfransda mürəkkəb hüquqi mövzular müzakirə olunacaq. Arbitraj mübahisələrin alternativ həlli üsulu kimi çox önəmlidir”, - deyə xanım sədr qeyd edib.





Paylaş:


Müəllif : Tarix:
25-04-2024, 11:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər