“Bəs onun təhsilhaqqını kim ödəyəcək?”
“Təhsilhaqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinə yenidən baxılması və ya artırılması məsələsi ilə bağlı təkliflər aidiyyəti üzrə göndərilib”.
Bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, həssas təbəqədən olan şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddinin dəyişdirilməsi hələ müzakirə mövzusu deyil: “Gələcəkdə bu məsələyə qanunvericilik səviyyəsində baxıla bilər”.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə cavabında bunları deyib: “Valideyn himayəsindən məhrum olan uşaq tutaq ki, 23 yaşından sonra universitetə qəbul olur. Bəs onun təhsilhaqqını kim ödəyəcək? Halbuki o dövlətin uşağıdır, deməli, bundan sonra da təhsilhaqqını dövlət ödəyəcək. Əslində belə uşaqların sayı elə də çox deyil ki, maliyyə yükü də çox olsun. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinə yenidən baxılması məsəsinə gəlincə, bu, müvafiq qurumlarla müzakirə olunur, danışıqlar gedir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-04-2024, 11:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər