“Ağacları obyektin sahibi götürüb” - Rəsmi
Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsi, Misir parkının yanında piyadalar üçün nəzərdə tutulmuş səkilər sökülüb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bundan əlavə izləyicilər hadisə yerindən çəkilən fotolara yazılan şərhlərdə iddia ediblər ki, adıçəkilən ünvanda xeyli ağac olub və bir gecənin içində kəsilib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi İradə İbrahimova məsələdən xəbərdar olduqlarını bildirdi: “Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat verəcəyik”.
***
Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ilə Qalibiyyət küçələrinin kəsişməsində, Misir parkı ilə üzbəüz ərazidə ağacların götürülməsi faktı müəyyən edilib. Xidmət rəsmisi Emin Əliəkbərov qeyd edib ki, araşdırma zamanı ağacların sözügedən ərazidəki qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürüldüyü məlum olub:
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-04-2024, 11:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər